...

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələri özəl ali məktəblərə keçirilə bilər - nazir

Cəmiyyət Materials 21 Aprel 2010 14:19 (UTC +04:00)
Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının tələbələri özəl ali məktəblərə keçirilə bilər. Bunu təhsil naziri Misir Mərdanov deyib.
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələri özəl ali məktəblərə keçirilə bilər - nazir

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Hacıyev/

Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının tələbələri özəl ali məktəblərə keçirilə bilər. Bunu təhsil naziri Misir Mərdanov deyib.

"Hökumətdəki müvafiq qurumlarla bu məsələyə baxıldıqdan sonra, fəaliyyəti dayandırılmış Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələrinin özəl ali məktəblərə keçirilməsi barədə qərar qəbul oluna bilər", - nazir çərşənbə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, əgər qanuni olarsa, bu ali məktəbin diplomları tanınacaq.

MDAU-nun Bakı filialı Azərbaycan - Rusiya hökumətlərarası saziş əsasında açılıb. Sonradan Azərbaycanın Təhsil Nazirliyi nümayəndəliyin bağlanması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti