...

İran Beynəlxalq Qadın Hüquqları Şurasına üzv olmaq istəyir - XİN rəsmisi

Cəmiyyət Materials 24 Aprel 2010 14:32 (UTC +04:00)

XİN-in mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib ki, İran BMT-nin Qadın Hüquqları Şurasına üzv olmaq üçün BMT-nin İnsan Hüquqları Şurasına üzv olmaq təklifini geri götürüb. Bu barədə ILNA agentliyi məlumat yayıb.

Reuters-in aprelin 23-də yaydığı məlumata əsasən, İran İnsan Hüquqları Şurasına üzv olmaq təklifini geri götürüb. Reuters diplomatlar və hüquq müdafiəçilərinə istinadən bildirib ki, İranda insan haqlarının pozulma halları çox olduğu üçün rəsmi Tehran üzv olmaq təklifinin BMT-də qəbul olunacağına ümid etmirmiş.

Sülh Nobel mükafatçısı Şirin Ebadi bundan əvvəl BMT-nin baş katibi Pan Gi Muna açıq məktubla müraciət edərək, İranın BMT İnsan Hüquqları Şurasına üzv olmasına mane olmağı xahiş etmişdi.

Xəbər lenti

Xəbər lenti