...

İslandiyada vulkan püskürməsindən yaranan külün Azərbaycana təsir ehtimalı yoxdur - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 11 May 2010 11:36 (UTC +04:00)
İkinci vulkan püskürməsinin Azərbaycana təsiri olmayacaq - Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş mühəndisi İmran Məmmədov deyib.
İslandiyada vulkan püskürməsindən yaranan külün Azərbaycana təsir ehtimalı yoxdur - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir K.Zərbalıyeva/

İslandiyada yenidən vulkan püskürməsi nəticəsində yaranan külün Azərbaycana təsir ehtimalı yoxdur, - bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov deyib.

"Birinci püskürmə bundan daha güclü idi. Bu püskürmənin bizə heç bir təsiri olmamışdı. Güman ki, bu dəfə də vulkan püskürməsinin Azərbaycana təsiri olmayacaq", - baş mühəndis deyib.

Məmmədov bu prosesin izlənildiyini bildirib.

Aprelin 14-də İslandiyanın paytaxtı Reykyavikin 200 kilometr cənub-şərqində vulkan püskürüb. Bu, böyük duman buludunun əmələ gəlməsinə səbəb olub ki, onun zərrəcikləri aviamühərriklərin turbini üçün təhlükə törədir və təyyarələrin qanadlarına çəkilərək problem yarada bilər. Avropanın hava təhlükəsilzik xidməti bir çox ərazilərdə hava məkanının bağlanması barədə qərar qəbul edib.

İkinci püskürmə isə bir neçə gün bundan əvvəl başlayıb.

Xəbər lenti

Xəbər lenti