...

Azərbaycanlı gimnast İspaniyada üçüncü yerə çıxıb

Cəmiyyət Materials 17 May 2010 12:06 (UTC +04:00)
Marbelyedə (İspaniya) bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb. Yarışda azərbaycanlı gimnastlar Aliyə Qarayeva və Anna Qurbanova iştirak ediblər.
Azərbaycanlı gimnast İspaniyada üçüncü yerə çıxıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Marbelyedə (İspaniya) bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb. Yarışda azərbaycanlı gimnastlar Aliyə Qarayeva və Anna Qurbanova iştirak ediblər.

Yarışın sonuncu günü ayrı-ayrı finallar keçirilib. Aliyə Qarayeva lentlə tapşırığı yerinə yetirərkən 27,55 xal toplayıb və üçüncü yeri tutub. Azərbaycanlı gimnastı yalnız iki rusiyalı gimnast -Yevgeniya Kmanayeva və Darya Kondakova qabaqlaya bilib. Bu barədə Azərbaycan Gimnastgika Federasiyasının məlumatında bildirilir.

Aliyə iplə (26.375) və halqa ilə finalda 7-ci yeri tutub.

Anna Qurbanova finalda topla çıxış edib və nəticədə 26,45 xalla 5-ci mövqedə qərarlaşıb.

"Bir həftə əvvəl komanda üzrə rəfiqəm Anya Qurbanova Fransada üçüncü oldu, bu dəfə isə növbəti "bürüncü" qazanmaq mənim növbəm idi", - Qarayeva deyib. - "Qarşıda bizi mayın 21-23-də Minskdə və iyunun 11-13-də İnsburqda yarışlar gözləyir. Odur ki, heç bir halda arxayınlaşmaq olmaz".

Qran-pri yarışının ilk günü çoxnövlülük üzrə medallar oynanılıb. Qarayeva ümumi nəticələr üzrə 107,375 xalla yeddinci, Qurbanova isə 27 iştirakçı arasında 104,725 xalla on üçüncü olub. Burada da Olimpiya çempionu Yevgeniya Kanayeva qalib gəlib.

Ən yaxın çıxışlara gəldikdə, mayın 19-da Moskvada beynəlxalq gimnastika üzrə "Alina - 2010"  festivalı keçiriləcək. Bu yarışda Azərbaycanı ölkənin qrup komandası təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti