...

Azərbaycanın təbii fəlakət bölgəsində mərkəzləşdirilmiş sınaq imtahanları keçirilməsə, şagirdlərin birillik nəticələri hesabına qiymətləndirmə aparılacaq

Cəmiyyət Materials 21 May 2010 15:52 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət bölgəsində mərkəzləşdirilmiş sınaq imtahanları keçirilməsə, şagirdlərin birillik nəticələri hesabına qiymətləndirmə aparılacaq.
Azərbaycanın təbii fəlakət bölgəsində mərkəzləşdirilmiş sınaq imtahanları keçirilməsə, şagirdlərin birillik nəticələri hesabına qiymətləndirmə aparılacaq

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın təbii fəlakət bölgəsində mərkəzləşdirilmiş sınaq imtahanları keçirilməsə, şagirdlərin birillik nəticələri hesabına qiymətləndirmə aparılacaq.

"Hansı rayondakı mərkəzləşdirilmiş sınaq imtahanlarının keçirilməsi mümkün olmayacaq, o zaman şagirdlərin son bir ildəki qiymətləri və sınaq imtahanlarındakı nəticələrinə baxılacaq və bunun müqabilində qiymətləndirmə aparılacaq", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Hər il IX və XI siniflərdə mərkəzləşdirilmiş sınaq imtahanları keçirilir. Artıq bəzi bölgələrdə mərkəzləşdirilmiş sınaq imtahanlarının keçirilməsi başa çatdırılıb.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti