...

Ukraynada yaşayan azərbaycanlı gənclər Vətənə sevgi mövzusunda toplantı keçiriblər

Cəmiyyət Materials 23 İyun 2010 11:12 (UTC +04:00)
Ukraynada yaşayan azərbaycanlı gənclər birgə mübarizənin perspektivlərini müzakirə ediblər
Ukraynada yaşayan azərbaycanlı gənclər Vətənə sevgi mövzusunda toplantı keçiriblər

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M. Əliyev/

Ukraynada yaşayan azərbaycanlı gənclərin Əlaqələndirmə Şurası "İrəli" İctimai Birliyinin təşəbbüsü ilə Kiyev şəhərində "Vətənə sevgimiz! Vətənə borcumuz!" mövzusunda toplantı keçirib.

"Ukraynada xalqımızın qədim adət-ənənələrinin, zəngin mədəniyyətinin qorunub-yaşadılmasında və təbliğ olunmasında gənclərin üzərinə tarixi missiya düşür", - Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov toplantı zamanı bildirib.

Akif Gülməmmədov çıxışında Azərbaycanımıza yüksək xidmət göstərməyin əsas prinsipinin Ümummilli lider Heydər Əliyev ideologiyasının dərindən mənimsənilməsindən asılı olduğunu vurğulayıb.

Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri Anar Tahirov çıxışı zamanı bildirib ki, Ukraynadakı azərbaycanlı gənclərin aprel ayında keçirilən birinci forumundan keçən dövr ərzində, bir sıra şəhərlərdə müxtəlif səpkidə 12 tədbir keçirilib və indiyədək Ukrayna üzrə 950 gənc internet-forumda qeydiyyata alınıb.

"Bizim əsas amalımız bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf etmiş ölkələri arasında qüdrətli dövlətə çevrilən Azərbaycanın layiqli övladlarına çevrilmək, əsrlərboyu xalqımıza və dövlətimizə qarşı işğalçılıq və soyqırım siyasəti yürüdən xəbis erməni ideologiyasına qarşı mübarizədə gücümüzü bir araya gətirməkdir", - Tahirov bildirib.

Tədbirdə "İrəli" İctimai Birliyinin Ukrayna üzrə təmsilçisi Cavid Hüseynzadə, Ukraynadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədr müavinləri Ayaz Salmanov, İlhamə Allahverdiyeva; şuranın Dnepropetrovsk vilayətindəki sədri Elza Bəkirova; Donetsk vilayətindəki sədri Razim Əhmədov; Poltava vilayətindəki sədri Zamir İsmayılov; Odessa vilayətindəki sədri Bəxtiyar Əhmədov; Xarkov vilayətinin sədri Afiyəddin Balakişiyev və Luqansk vilayətindəki sədri Uğurliyev Nahid çıxış edərək, bu ilin sonuna qədər yaşadıqları şəhərlərdə Azərbaycan naminə keçirəcəkləri tədbirlər haqqında ətraflı məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti