...

Azərbaycanda vəkillər üçün təlim keçirilir

Cəmiyyət Materials 17 İyul 2010 13:45 (UTC +04:00)
Azərbaycan Hüquqşünasları Konfederasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) ilə birgə təşkil olunmuş təlim İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində baş tutub.
Azərbaycanda vəkillər üçün təlim keçirilir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda şənbə günü vəkillər üçün "Azadlıq hüququ və işgəncələrin qadağan olunması" mövzusunda ikigünlük təlim başlayıb.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELI) ilə birgə təşkil olunmuş təlim İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində baş tutub.

Təlimlərin açılış mərasimində Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi və İdarə Heyətinin üzvü Nadir Adilov açılış nitqi ilə çıxış ediblər.

Təlimdə müzakirə obyektinin əsasını məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin tətbiqinin hüquqi əsasları: qanunauyğunluğu və məqsədəuyğunluğu, mövcud qanunvericilikdə kolliziyalar, boşluqlar, işgəncələrin qadağan edilməsinə dair milli qanunvericiliyin tələbləri, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların və beynəlxalq məhkəmə praktikasının nəzərdən keçirilməsi təşkil edir.

Təlimlər hüquqşünas-ekspert İlqar Cəfərov tərəfindən aparılır.

Təlimlər iyunun 18-də başa çatacaq. Təlimləri uğurla bitirən vəkillərə sertifikatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti