...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında sənədli film çəkilir

Cəmiyyət Materials 28 İyul 2010 18:05 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanılıb.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında sənədli film çəkilir

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanılıb. Trend-in məlumatına görə, filmin çəkilişləri millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. Sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq Milli Qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb. Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Trend -un arayışı: İbrahimov iyunun 18-da Ermənistan Silahlı Qüvvələrinin hücumlarının qarşısını alaraq, qəhrəmanlıq göstərib. Nəticədə, 4 erməni hərbçisini öldürüb, 4-nü isə yaralayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti