...

İran Azərbaycan xalçasını mədəni irs kimi YUNESKO-da qeydiyyata almağa hazırlaşır

Cəmiyyət Materials 5 Avqust 2010 12:23 (UTC +04:00)
Azərbaycan xalçasının dünya şöhrəti var və bu səbəbdən, onun mədəni irs kimi dünyada əbədi qalması üçün hazırda lazımi tədbirlər görülür. Bunu İranın Şərqi Azərbaycan əyalətinin sənaye texnki şurasının sədri Turab Məhəmmədi deyib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
İran Azərbaycan xalçasını mədəni irs kimi YUNESKO-da qeydiyyata almağa hazırlaşır

Azərbaycan xalçasının dünya şöhrəti var və bu səbəbdən, onun mədəni irs kimi dünyada əbədi qalması üçün hazırda lazımi tədbirlər görülür. Bunu İranın Şərqi Azərbaycan əyalətinin sənaye texnki şurasının sədri Turab Məhəmmədi deyib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

O əlavə edib ki, hazırda Azərbaycan xalçasının YUNESKO-da mədəni irs kimi qeydiyyata alınması üçün lazımi sənədlər toplanır.

İyul ayının 12-də də İranın Təbriz şəhərində Azərbaycan xalçasının "Milli İrs" kimi qeydiyyataalınma mərasimi keçirilmişdi.

Hülaku xan dövründə Təbriz xalça istehsalı və satışı mərkəzlərindən biri olub. Təbriz tacirləri Qacar dövrünün ortalarında xalça ixracatında böyük rol oynayıblar.

Təbrizdə toxunan xalçalar üzərində, əsasən, Şah Abbas, balıq, ağac, güldan, ləçək, Şeyx Səfi və Quba kimi naxışlardan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti