...

Azərbaycanda tələbələrin azad sahibkarlıq fəaliyyəti üzrə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 20 Avqust 2010 17:00 (UTC +04:00)
Azərbaycanda tələbələrin azad sahibkarlıq fəaliyyətinə həsr olunmuş beynəlxalq proqram üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional konfransı keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında bildirilir.
Azərbaycanda tələbələrin azad sahibkarlıq fəaliyyəti üzrə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanda tələbələrin azad sahibkarlıq fəaliyyətinə həsr olunmuş beynəlxalq proqram üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional konfransı keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında bildirilir.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan nümayəndələr iştirak edəcəklər.

"Tələbələrin azad sahibkarlıq fəaliyyəti"nə (SİFE) keçirilməsində məqsəd sahibkarlıq işi sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək və SİFE proqramı üzrə keçirilən yarışlarda iştirak edən komandalarımızın bacarıqlarını artırmaqdan ibarətdir.

SİFE proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hal-hazırda 48 ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Dünya Kuboku yarışlarında öz ölkələrini və universitetlərini təmsil edirlər. Cari ilin aprel ayında SİFE proqramı üzrə keçirilmiş Azərbaycan çempionatının nəticələrinə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbə komandası çempion adını qazanmış və 10-12 oktyabr 2010-cu il tarixlərdə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışında ölkəmizi təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti