...

Azərbaycan Təhsil Nazirliyi şagirdləri fərdi məşğələlərə təhrik edən müəllimlərdən narazıdır

Cəmiyyət Materials 6 Oktyabr 2010 18:01 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov şagirdləri fərdi məşğələlərə təhrik edən müəllimlərdən narazıdır.
Azərbaycan Təhsil Nazirliyi şagirdləri fərdi məşğələlərə təhrik edən müəllimlərdən narazıdır

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov şagirdləri fərdi məşğələlərə təhrik edən müəllimlərdən narazıdır.

"Şagirdləri məktəb dərslərindən ayırıb fərdi məşğələlərə təhrik edən repetitorlara münasibətim mənfidir", - çərşənbə günü nazir jurnalistlərə bildirib.

Mərdanovun sözlərinə görə, əksər hallarda valideynlərin özləri uşaqlarını orta məktəbin sonuncu siniflərində məktəb dərslərindən ayıraraq fərdi məşğələlərə cəlb edirlər. "Builki qəbul imtahanlarının nəticələri bir daha sübut etdi ki, yalnız məktəb təhsil bazası əsasında 700 bal toplamaq olar", - nazir deyib.

"Məktəblərin vəzifəsi ali məktəb imtahanlarına deyil, ictimaiyyət üçün şəxsiyyət hazırlamaqdır", - Mərdanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda repetitorluq 60-cı illərdə də olub, lakin belə kütləvi hal almayıb.

Xəbər lenti

Xəbər lenti