...

Gürcüstanda Azərbaycan diaspor təşkilatının rəhbərinə fəxri doktor adı verilib (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2010 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov Gürcüstanda fəxri doktor adına layiq görülüb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Həsənov Gürcüstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Biznes və Hüquq Universitetinin fəxri doktoru adına layiq görülüb.

Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Biznes və Hüquq Universetində 200-ə yaxın azərbaycanlı təhsil alır. "Onların içərisində AMM-in təqaüdcüləri də var. Biz çalışırıq ki, burada oxuyan gənclərimiz ilk növbədə dövlət dilini mükəmməl öyrənsinlər. Eyni zamanda, azərbaycanlılar məskunlaşan bölgələrdə savadlı hüquqşünaslara, informasiya və iqtisadiyyat sahələrini dərindən mənimsəyən gənclərimizə böyük ehtiyac var. Nəzərə alsaq ki, universitetin rektoru ABŞ-ın Kalifoniya statında təhsilini başa vurub və ətrafına muasir tələblərə uyğun pedaqoji kadrları cəlb edib, bu fürsətdən istifadə edib mükəmməl biliyə sahib olmaq lazımdır", - Həsənov əlavə edib.

Biznes və Hüquq Universitetinin rektoru Kaxa Eradze öz növbəsində bildirib ki, təhsil ocağında təhsil alan tələbələrin böyük əksəriyyəti azərbaycanlılardır.

"Universitetdə tələbələrə yüksək səviyyədə təhsil veririk. İstəyirik ki, təhsil verdiyimiz tələbələr müasir cəmiyyətimizə inteqrasiya etməklə yanaşı, həm də vətənimizin layiqli vətəndaşları olsunlar", - Eradze əlavə edib.

Daha sonra rektor təhsil məsələləri ilə bağlı çıxışında qeyd edib ki, təhsilə investisiya qoymaq gələcəyimizə investisiya qoymaqdır. "Bizim müxtəlif ölkələrlə yanaşı, ABŞ və Azərbaycan ilə də elmi əlaqələrimiz var. Mən ümidvaram ki, buraya toplaşan gənclər gələcəkdə doktor, professor, ən əsası isə peşəkar mütəxəssis olacaqlar", - o vurğulayıb.

Universitetin əməkdaşı, general-mayor Anatoli Çumburudze çıxışı zamanı vurğulayıb ki, ən böyük xidmətlər gəncləri şəxsiyyət kimi yetişdirməkdir.

"Gəncləri bu istiqamətdə tərbiyələndirmək ən vacib məsələlərdən biridir. Hərbi vətənpərvərlik ruhunda tərbiyə dövlətimizin əsas məqsədlərindən biri olmaqla yanaşı, gəncləri yaşadıqları dövlətin hər zaman keşiyində durmasına hazırlayır. Bu baxımdan hərbi təhsil ictimai məsələdir", - Çumburudze əlavə edib.

Rəsmi hissə başa çatdıqdan sonra AMM-in "Sarvan" rəqs qrupu milli və gürcü rəqsləri ilə çıxış edib.

Tədbirdə universitetin professor-müəllim, tələbə kollektivi ilə yanaşı, çox saylı gürcü və Azərbaycan ziyalıları və digər qonaqlar iştirak ediblər.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti