...

Azərbaycan Ədliyyə Nazirliyi Hindistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzairlə hüquqi yardım haqqında müqavilələri razılaşdırıb

Cəmiyyət Materials 3 Noyabr 2010 16:17 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov çərşənbə günü Trend-ə bildirib ki, adıçəkilən ölkələrlə "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında", "Məhkumların verilməsi haqqında", "Ekstradisiya haqqında" müqavilələr və Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlərin yaxın vaxtlarda imzalanması gözlənilir.
Azərbaycan Ədliyyə Nazirliyi Hindistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzairlə hüquqi yardım haqqında müqavilələri razılaşdırıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi Hindistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzairlə hüquqi yardım haqqında bir çox müqavilə razılaşdırıb.

Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov çərşənbə günü Trend-ə bildirib ki, adıçəkilən ölkələrlə "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında", "Məhkumların verilməsi haqqında", "Ekstradisiya haqqında" müqavilələr və Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlərin yaxın vaxtlarda imzalanması gözlənilir.

İdarə rəisi bildirib ki, indiyədək Azərbaycan Ədliyyə Nazirliyi Fransa, Almaniya, Niderland, Rusiya, İtaliya, Avstiya və s. ölkələrin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında 24 saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti