...

Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə kömək edə bilər

Cəmiyyət Materials 3 Dekabr 2010 13:01 (UTC +04:00)
Azərbaycan İsrailə yanğınların söndürülməsi üçün təyyarə göndərə bilər. Bu barədə cümə günü İsrailin "Jerusalem Post" qəzeti məlumat verib.
Azərbaycan meşə yanğınlarının söndürülməsində İsrailə kömək edə bilər

Azərbaycan İsrailə yanğınların söndürülməsi üçün təyyarə göndərə bilər. Bu barədə cümə günü İsrailin "Jerusalem Post" qəzeti məlumat verib.

Hayfa şəhəri ətrafındakı meşə yanğınlarının söndürülməsi üçün İsrailə vəd olunan 25 xarici təyyarədən biri cümə günü İsrailin "Ramat David" HHQ bazasında yerə enib.

Bundan əlavə, İsrail Fransadan dörd və Böyük Britaniyadan üç təyyarənin gəlməsini gözləyir. Artıq iki min hektara yaxın meşəni əhatə edən alovla mübarizə üçün Rusiya, İspaniya, Kipr, Bolqarıstan və Türkiyə hər biri iki təyyarə göndərəcəklərini vəd ediblər. İsrailə daha bir təyyarənin Xorvatiyadan göndəriləcəyi güman edilir.

İsrail hakimiyyəti yanğınların tüğyan etdiyi Hayfa rayonundan artıq 12 mindən çox adamı evakuasiya edib. Tirat Karmel şəhərciyinin və bir neçə qəsəbənin sakinləri öz evlərini tərk ediblər, eləcə də təhlükəli zonada yerləşən psixiatriya klinikasının və iki həbsxananın personalı və qəyyumluğu altında olanlar köçürülüb. Xəbəri İTAR-TASS yayıb.

Yanğınsöndürənlərin sözlərinə görə, hələlik İsrailin üçüncü böyük şəhəri və 250 min əhalisi olan Hayfanın özünün sakinləri üçün birbaşa təhlükə yoxdur. Lakin onlar xəbərdarlıq ediblər ki, gecə şəhər və onun ətrafı üçün "çox qorxulu" ola bilər. Təbii fəalkətin qarşısını almağa yanğınsöndürənlərin gücü çatmır. Digər tərəfdən, zəifləmək bilməyən külək alovu daha da gücləndirir.

Cümə axşamı ölkənin Baş naziri Binyamin Netanyahu yanğınsöndürmə aviasiyasına malik olan ölkələrə təcili yardım haqqında xahişlə müraciət edib. Yerli televiziyanın verdiyi məlumata görə, Avropanın müxtəlif ölkələrindən onlarla yanğınsöndürmə təyyarəsi və helikopterinin gəlişi gözlənilir.

Bu arada Hayfa və Təl-Əvivin meyitxanalarında cümə axşamı yanğın rayonunda alovun tələsinə düşərək avtobusda diri-diri yanan Baş Həbsxana İdarəsinin 36 zabit və müdaviminin cəsədləri tanınıb. Onlar fəlakət zonasında yerləşən həbsxanadakı məhbusların evakuasiyasına yardım göstərmək üçün həmin əraziyə gedirmişlər. Avtobusda cəmi 40 adam olub. Tibb işçilərinin sözlərinə görə, onlardan heç biri sağ qalmayıb. Hazırkı mərhələdə bu rəqəm yanğın qurbanlarının ümumi sayına uyğun gəlir.

Xəbər lenti

Xəbər lenti