...

Azərbaycanda yeni radio kanalına üç iddialı var

Cəmiyyət Materials 27 Dekabr 2010 16:25 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurasının yeni radio kanalının yaradılması üzrə elan etdiyi müsabiqə ilə bağlı üç müraciət daxil olub.
Azərbaycanda yeni radio kanalına üç iddialı var

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio kanalının yaradılması üzrə elan etdiyi müsabiqə ilə bağlı üç müraciət daxil olub. Bu barədə Trend-ə bazar ertəsi MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

"103.3-cü FM tezliyində yer almaq üçün "Radio Azad xəbər", "Radio Obyektiv" və "Alternativ radio" tərəfindən müraciət olunub", - Məhərrəmli deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən ikisi hüquqi, biri fiziki şəxdir.

103.3-cü FM tezliyində yer alacaq radio kanalı üzrə müsabiqə üçün noyabrın 25-dən dekabrın 25-ə qədər sənəd qəbulu həyata keçirilib.

MTRŞ sədrinin sözlərinə görə, yanvarın 25-nə kimi müraciətlərə baxılacaq və sonra qalib elan olunacaq.

Azərbaycanda 13 radio fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti