...

Bakıda koreyalılar tərəfindən peşə təhsili müəssisəsi yaradılacaq

Cəmiyyət Materials 12 Yanvar 2011 18:16 (UTC +04:00)
Bakının 4 saylı peşə təhsili müəssisəsinin nəzdində Koreya İnsan Resursları İnkişafı Xidməti tərəfindən peşə tədris müəssisəsi yaradılacaq.
Bakıda koreyalılar tərəfindən peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir M.Əliyev/

Bakının 4 saylı peşə təhsili müəssisəsinin nəzdində Koreya İnsan Resursları İnkişafı Xidməti tərəfindən peşə tədris müəssisəsi yaradılacaq. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq peşə tədris müəssisəsi sənaye sahəsində mütəxəsis hazırlığı həyata keçirəcək.

Peşə tədrisi mərkəzinin yaradılması işinə cari ilin iyununda başlanılması planlaşdırılır.

Məmmədov bildirib ki, peşə tədrisi mərkəzinin yaradılması ilə bağlı Azərbaycanda səfərdə olan Koreya nümayəndə heyəti yanvarın sonunadək müvafiq istiqamətdə araşdırmalar aparacaq, yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış edəcək.

Hazırda Azərbaycanda 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır.

Xəbər lenti

Xəbər lenti