...

Azərbaycan Ombudsmanı təbii fəlakətdən zərər çəkmiş vətəndaşların şikayətləri ilə bağlı dövlət qurumlarına müraciət edib

Cəmiyyət Materials 14 Yanvar 2011 18:48 (UTC +04:00)
Azərbaycan ombudsmanı təbii fəlakətdən zərər çəkmiş zonaların əhalisinin şikayətləri ilə bağlı dövlət qurumlarına müraciət edib.
Azərbaycan Ombudsmanı təbii fəlakətdən zərər çəkmiş vətəndaşların şikayətləri ilə bağlı dövlət qurumlarına müraciət edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ombudsmanı təbii fəlakətdən zərər çəkmiş zonaların əhalisinin şikayətləri ilə bağlı dövlət qurumlarına müraciət edib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, bu günlərdə Saatlı rayonunda daşqınlardan əziyyət çəkmiş Novruzlu və Dəllər, habelə Sabirabadın Ulacalı kəndlərindən bir qrup şikayətçi ombudsmanın qəbulunda olaraq ona həmin kəndlərin sakinləri adından müraciət ediblər.

Şikayətçilər qəzalı vəziyyətə düşmüş evlərinə müvafiq komissiya tərəfindən indiyədək baxış keçirilmədiyini, evlərinin təmir edilmədiyini, dəymiş maddi ziyana görə bəzi ailələrə bu günədək kompensasiyanın ödənilmədiyini, bəzilərinin yaşadıqları kəndlərdən onlar üçün tikilmiş yeni qəsəbəyə köçmək istəmədiklərini bildirib, qeyd edilən məsələlərin həllində kömək göstərilməsini müvəkkildən xahiş ediblər.

Ombudsman Elmira Süleymanova bu məsələ ilə bağlı Azərbaycanın Baş nazirinə, fövqəladə hallar nazirinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinə məktubla müraciət edərək, göstərilmiş halların yoxlanılması, qeyd olunan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsini və nəticəsi barədə məlumatların bildirilməsini xahiş edib.

2010-cu ilin may ayında yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti