...

Azərbaycan mediasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2011 11:49 (UTC +04:00)
Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Bakıda Azərbaycan mediasına həsr olunmuş beynəlxalq konfrans təşkil edəcək.
Azərbaycan mediasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Bakıda Azərbaycan mediasına həsr olunmuş beynəlxalq konfrans təşkil edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı JuHİ-nin sədri Müşfiq Ələsgərli bildirib.

"Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda 2-3 mart tarixlərində keçiriləcək konfransda KİV redaktorları, beynəlxalq və yerli ekspertlərlə yanaşı, Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, JuHİ və "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət olan Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası iştirak edəcək.

Tədbir zamanı Azərbaycan mediasında redaksiya azadlığı, mediada etik məsələlər, redaksiyalarda maliyyə şəffaflığı, media və siyasi münasibətlər mövzusunda müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti