...

Azərbaycanda səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşib

Cəmiyyət Materials 9 Mart 2011 14:09 (UTC +04:00)
Azərbaycanda səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşib.
Azərbaycanda səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən esehiyye.az internet domenində yeni elektron poçt server quraşdırılaraq istifadəyə verilib.

Yeni e-poçt xidməti Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinin e-poçt ünvanı qeydiyyatdan keçirilib, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilib.

Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıblar.

Xəbər lenti

Xəbər lenti