...

Azərbaycan Ombudsman Aparatının əməkdaşı BMT seminarı çərçivəsində jurnalistlər üçün təlim keçib

Cəmiyyət Materials 10 Mart 2011 19:16 (UTC +04:00)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən Quba rayonunda media nümayəndələri üçün insan hüquqlarına dair praktiki seminar təşkil edilib. Seminara bir sıra KİV-in nümayəndələri qatılıblar. Bu barədə cümə axşamı Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.
Azərbaycan Ombudsman Aparatının əməkdaşı BMT seminarı çərçivəsində jurnalistlər üçün təlim keçib

Azərbaycan, Bakı, 10 mart /Trend/

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən Quba rayonunda media nümayəndələri üçün insan hüquqlarına dair praktiki seminar təşkil edilib. Seminara bir sıra KİV-in nümayəndələri qatılıblar. Bu barədə cümə axşamı Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Azərbaycanın Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev seminarda iştirak edib.

"BMT insan hüquqları sistemi: saziş qurumları, Azərbaycanın BMT konvensiyaları üzrə beynəlxalq öhdəlikləri", "İfadə azadlığı: Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, BMT-nin xüsusi məruzəçiləri, şikayətlərin təqdim edilməsi prosedurları" mövzularında ekspert qismində çıxış edən Əliyev insan hüquqlarının mahiyyəti, beynəlxalq hüquqi tənzimlənməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyəti, bu sənədinbeynəlxalq hüququn inkişafında rolu, bir çox konstitusiyalarda onun müddəalarının təsbiti,həmin sənədin təbliği sahəsində ombudsmanın həyata keçirdiyi tədbirlər barədə danışıb.

KİV təmsilçilərinin, o cümlədən insan hüquqları mövzusunda yazan jurnalistlərin peşə hazırlığının yüksəldilməsi, onların hüququ biliklərinin artırılması məqsədlə ombudsmanın keçirdiyi treninq-seminarlar, hüquqi maarifləndirmə tədbirləri, habelə mətbuat konfransları və brifinqlər barədə məlumat verilib, jurnalistlərin sualları ətraflı cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti