...

Azərbaycanda istintaq təcridxanasına mobil telefonlar keçirmək cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 28 Aprel 2011 18:55 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına mobil telefonların keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycanda istintaq təcridxanasına mobil telefonlar keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına mobil telefonların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend-in Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, aprelin 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasında saxlanılan 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinən Hüseynov Ceyhun Qəhrəman oğlunun yanına görüşə gəlmiş qohumu Hüseynov Elmar Aydın oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman sənaye istehsalı olan qablaşdırılmış şorun içərisində sellofana bükülüb gizlədilmiş 1 ədəd "Nokia-6300", 1 ədəd "Soni Erikson-Z-250i" markalı mobil telefonlar, 1 ədəd "Sim" kart və hər iki telefon üçün elektrik yükləyiciləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti