...

Ekologiya Nazirliyi Azərbaycan çaylarında sululuğun son göstəricilərini açıqlayıb

Cəmiyyət Materials 29 Aprel 2011 19:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə çaylarında sululuğun son göstəricilərini açıqlayıb.
Ekologiya Nazirliyi Azərbaycan çaylarında sululuğun son göstəricilərini açıqlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə çaylarında sululuğun son göstəricilərini açıqlayıb.

Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 105-120, Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 60-70 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə Ekologiya Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir.

Tranzit çaylarda suyun sərfi bəzi yerlərdə ongünlük normanı ötür, lakin ötən ilin göstəricisindən aşağıdır. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 760 m3/san, yəni ongünlük normanın 107 faizini (2010-cu ildə 1030 m3/san olmaqla ongünlük normanın 145 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 172 m3/san, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 384 m3/san olmaqla ongünlük normanın 216 faizini) təşkil edir.

Xəbər lenti

Xəbər lenti