...

Sabah Azərbaycanda hava yağmurlu keçəcək

Cəmiyyət Materials 6 May 2011 11:25 (UTC +04:00)
Sabah Azərbaycanda hava yağmurlu keçəcək.
Sabah Azərbaycanda hava yağmurlu keçəcək

Azərbaycan, Bakı, 6 may /Trend/

Sabah Azərbaycanda hava yağmurlu keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildirilib ki, mayın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 7-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti