...

Heydər Əliyev Fondunun dəvəti ilə M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin bir qrup tələbəsi Azərbaycana gəlib

Cəmiyyət Materials 9 May 2011 11:30 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəvəti ilə faşizm üzərində qələbənin 66-cı ildönümü münasibətilə Azərbaycanda keçirilən tədbirlərdə iştirak etmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin bir qrup tələbəsi ölkəmizə gəlib.
Heydər Əliyev Fondunun dəvəti ilə M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin bir qrup tələbəsi Azərbaycana gəlib

Azərbaycan, Bakı, 9 may /Trend/

Heydər Əliyev Fondunun dəvəti ilə faşizm üzərində qələbənin 66-cı ildönümü münasibətilə Azərbaycanda keçirilən tədbirlərdə iştirak etmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin bir qrup tələbəsi ölkəmizə gəlib.

Rusiyadan gələn qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad ediblər. Rusiyanın aparıcı ali məktəbinin tələbələri bayram mərasimləri çərçivəsində RF səfirliyindəki tədbirlərdə və Heydər Əliyev Fondunun dəstəyi ilə Böyük Vətən müharibəsi veteranları üçün təşkil edilən konsertdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti