Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin növbəti sessiyası Bakıda keçiriləcək.
YUNESCO üzrə Azərbaycan Milli Komissiyasının daimi katibliyindən Trend-ə verilən məlumata görə, sayca 18-ci olacaq sessiya mayın 31-də öz işinə başlayacaq.
Sessiya iyunun 3-dək davam edəcək.
Sessiyada iştirak etmək üçün YUNESCO-nun rəsmi şəxsləri, müxtəlif ölkələrin ekspertləri Azərbaycana səfər edəcəklər.
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyada təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur.
Hazırda təşkilata 200-ə yaxın dövlət üzvdür.