...

Azərbaycan polisi xristian dinini qanunsuz təbliğ edən Cənubi Koreya vətəndaşını saxlayıb

Cəmiyyət Materials 18 May 2011 12:43 (UTC +04:00)
Azərbaycan polisi xristian dinini qanunsuz təbliğ edən Cənubi Koreya vətəndaşını saxlayıb.
Azərbaycan polisi xristian dinini qanunsuz təbliğ edən Cənubi Koreya vətəndaşını saxlayıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan polisi xristian dinini qanunsuz təbliğ edən Cənubi Koreya vətəndaşını saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mayın 17-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər nümayəndəsi ilə birgə keçirdikləri tədbir zamanı şəhərdə kirayədə yaşayan, Cənubi Koreya vətəndaşı Son Chunq Soonun qanunsuz olaraq xristian dinini təbliğ etməsi müəyyən edilib.

"Kainat" dil kursunda yapon və koreya dilləri üzrə müəllim işləyən Soonun yaşadığı evə baxış zamanı oradan 60 ədəd "Əhdi Cədid" adlı dini kitab aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti