...

Azərbaycan sinoptiklərinin sabaha hava proqnozu

Cəmiyyət Materials 19 May 2011 11:48 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti mülayim və yağmursuz keçəcək.
Azərbaycan sinoptiklərinin sabaha hava proqnozu

Azərbaycan, Bakı, 19 may /Trend/

Sabah Azərbaycanda hava şəraiti mülayim və yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Mayın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 22-də qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti