...

Azərbaycanda "Vətəni tanı" kampaniyasında işğal altında olan rayonların gəncləri iştirak edib

Cəmiyyət Materials 20 May 2011 16:41 (UTC +04:00)
Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası ölkənin iki inzibati ərazi vahidində seçim turlarını yekunlaşıb.
Azərbaycanda "Vətəni tanı" kampaniyasında işğal altında olan rayonların gəncləri iştirak edib

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanda "Vətəni tanı" ümumrespublika kampaniyası ölkənin iki inzibati ərazi vahidində seçim turlarını yekunlaşıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (AGTMŞ) bildirilib.

Milli Şuranın təşkilatçılığı, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqə çərçivəsində işğal altında olan rayonların gənclərinin kampaniyada iştirakını təmin etmək üçün işçi qrupları onların müvəqqəti məskunlaşdıqları ərazilərdə bunu həyata keçirir.

Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan məcburi köçkün olan gənclər arasında kampaniya keçirilib. Mərasimdə bildirilib ki, gənclərimizin hərtərəfli inkişafı, onların Avropaya inteqrasiyası məsələləri, istər təhsil, istərsə də digər sahələrdə onlara xidmət edən layihələr daim Milli Şura tərəfindən həyata keçirilir. Çıxış edən işçi qrupunun üzvü, Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, bu gün Vətəndən uzaq olsaq belə, hər birimiz Azərbaycanımızı sevməli, onun ərazi bütövlüyünü qorumalıyıq.

Seçim turları həmçinin Yardımlı rayonunda keçirilib. Rayon Təhsil, Gənclər və idman idarələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirdə Yardımlıdan olan 150 gənc yarışmada iştirak edib.

"Vətəni tanı" kampaniyasının 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçirilməsi nəzərdə tutulub. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər seçiləcək.

Xəbər lenti

Xəbər lenti