...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Facebook"da rəsmi səhifəsini yaradıb

Cəmiyyət Materials 23 May 2011 13:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Facebook"da rəsmi səhifəsini yaradıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, www.facebook.com/civilserviceofazerbaijan ünvanında yerləşən səhifədə Komissiyanın fəaliyyəti haqqında məlumat öz əksini tapacaq.

Həmçinin səhifədə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr, təlim, konfrans, seminarlar barədə dolğun məlumat veriləcək, Komissiya rəhbərliyinin mətbuatda çıxışları təqdim olunacaq.

Eyni zamanda vətəndaşların Komissiyanın fəaliyyəti ilə bağlı fikirləri də şəbəkə vasitəsilə öyrəniləcək.

Xəbər lenti

Xəbər lenti