...

Mayın 31-də "Tələbə baharı" festivalının qala konserti keçiriləcək

Cəmiyyət Materials 27 May 2011 15:05 (UTC +04:00)
Mayın 31-də Gənclər və İdman Nazirliyi tərəfindən ali məktəb tələbələri arasında keçirilən "Tələbə baharı" yaradıcılıq festivalının qala konserti keçiriləcək.
Mayın 31-də "Tələbə baharı" festivalının qala konserti keçiriləcək

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 31-də Gənclər və İdman Nazirliyi tərəfindən ali məktəb tələbələri arasında keçirilən "Tələbə baharı" yaradıcılıq festivalının qala konserti keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2006-cı ildən başlayaraq hər il keçirilən bu festivalın təşkilində məqsəd tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Bu il festivalın əhatə dairəsi genişlənib. GİN Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə mayın 18-19-da MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə festivalın seçim mərhələlərini keçirib.

Bu müddət ərzində 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə festivala qatılıb.

Festivalın bu ilki ən böyük yeniliyi tədbirdə Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikstan, Belarus və Özbəkistandan olan tələbələrin də iştirakıdır.

Xəbər lenti

Xəbər lenti