Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycanın bədii gimnastika üzrə yeniyetmə komandası Avropa Kontinental çempionatında bürünc medal qazanıb.
Bugün səhər Minksdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yeniyetmələr üzrə yarış bitib. Yarışın nəticələrinə görə, birinci yeri Russiya gimnastları qazanıb (27,100 xal), ikinci yeri turnirin ev yiyəsi - Belarus yeniyetmələri qazanıblar (26,500 xal) , Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb (25,585 xal).
Bürünc medallarını grupda qazanıbar:Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyanə Vasilyeva.
Azərbaycan gimnastlarının çıxışı Belarus tamaşaçılarının çox xoşuna gəlib.