...

Azərbaycan Parlamentinin deputatları Rauf Denktaşı ziyarət ediblər

Cəmiyyət Materials 29 May 2011 20:14 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları Qənirə Paşayeva və Musa Qasımlı Yakın Doğu Universitetinin xəstaxanasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Denktaşı ziyarət edib, ailə üzvləri ilə görüşüb və onlarla söhbət ediblər
Azərbaycan Parlamentinin deputatları  Rauf Denktaşı ziyarət ediblər

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Parlamentinin deputatları Qənirə Paşayeva və Musa Qasımlı Yakın Doğu Universitetinin xəstaxanasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və ilk prezidenti Rauf Denktaşı ziyarət edib, ailə üzvləri ilə görüşüb və onlarla söhbət ediblər.

Rauf Denktaşın xanımı Aydın xanım, oğlu Sərdar Denktaşdan Rauf Dekntaşın səhhəti ilə bağlı geniş məlumatlar alan millət vəkilləri Şimali Kipr türklərinin lideri və Türk dünyasının böyük şəxsiyyətlərindən biri olan Rauf Denktaşın qısa zamanda sağlamlığına qovuşması istiqamətində diləklərini və dualarını ailə üzvlərinə çatdırıblar, ziyarətçi dəftərinə bununla bağlı öz arzu və diləklərini yazıblar.

Ailə üzvləri millət vəkillərinə bir neçə gün əvvəl koma vəziyyətində xəstəxanaya çatdırılan Rauf Denktaşın səhhətində hər keçən gün müsbət irəliləyişlərin olduğunu bildiriblər.

Onlar millət vəkillərinə, onların simasında Azərbaycan xalqına Rauf Denktaşa göstərdikləri diqqətə görə minnətdarlıq ediblər.

Rauf Denktaşın qısa zaman içərisində yenidən sağlamlığına qovuşması üçün bütün türklərin, o cümlədən azərbaycanlıların da dua etdiklərini vurğulayan milllət vəkilləri Kipr türkləri liderinin tezliklə ayağa qalxacağına və yenidən fəaliyyətinə dönəcəyinə inandıqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti