...

Tehranda İƏT-ə üzv ölkələrin ekologiya nazirlərinin iclası keçiriləcək

Cəmiyyət Materials 6 İyun 2011 15:15 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekologiya və ətraf mühit nazirlərinin iclası iyunun 9-da Tehranda keçiriləcək. Bunu İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.
Tehranda İƏT-ə üzv ölkələrin ekologiya nazirlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 6 iyun /Trend/

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekologiya və ətraf mühit nazirlərinin iclası iyunun 9-da Tehranda keçiriləcək. Bunu İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.

Məhəmmədizadə deyib ki, İƏT-ə üzv ölkələrin ekologiya nazirlərinin müavinləri səviyyəsində iclas iyunun 7-də Tehranda öz işinə başlayacaq, nazirlərin iclası isə iyunun 9-da keçiriləcək.

O əlavə edib ki, nazirlərin iclasında İƏT-ə üzv ölkələrdə ekologiyanın qorunması sahəsində regional əməkdaşlıq barəsində sənəd imzalanacaq.

"İclasda iştirak edəcək ekologiya nazirlərinin İran Prezidenti Mahmud Əhmədinejadla görüşləri olacaq", - Məhəmmədizadə deyib.

İƏT 1985-ci ildə yaradılıb. 1992-ci ildə təşkilata yeddi yeni dövlət - Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan daxil olublar. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb.

Xəbər lenti

Xəbər lenti