...

Sabah Azərbaycanda yağıntılı hava olacaq

Cəmiyyət Materials 11 İyul 2011 12:20 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Sabah Azərbaycanda yağıntılı hava olacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Yaxın iki gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti