...

Azərbaycanda hökm sürən isti hava şəraiti sabah da davam edəcək

Cəmiyyət Materials 21 İyul 2011 12:14 (UTC +04:00)
Havanın temperaturu gecə 23-26, gündüz 35-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
Azərbaycanda hökm sürən isti hava şəraiti sabah da davam edəcək

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26, gündüz 35-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40 dərəcəyə, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür.

Xəbər lenti

Xəbər lenti