...

Azərbaycan ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Cəmiyyət Materials 18 Avqust 2011 18:59 (UTC +04:00)
Ədliyyə orqanlarında olan vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə növbəti (altıncı) açıq müsabiqə elan edilir. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib
Azərbaycan ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Ədliyyə orqanlarında olan vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə növbəti (altıncı) açıq müsabiqə elan edilir. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak prosedurunu sadələşdirmək məqsədilə hazırkı müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən (www.justice.gov.az) götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müvafiq ərizəni 2011-ci ilin avqust ayının 22-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) bütün iş günləri təqdim etmək olar.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə digər məlumatlar almaq olar.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu il mayın 21-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə fərdi qaydada söhbət aparılır.

Xəbər lenti

Xəbər lenti