...

Azərbaycanda bələdiyyə məktəblərinin yaradılmasının yubanma səbəbi açıqlanıb

Cəmiyyət Materials 22 Avqust 2011 12:01 (UTC +04:00)
Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması qanunvericilikdə nəzərdə tutulsa da, ölkədə belə məktəblər hələ təşkil olunmayıb.
Azərbaycanda bələdiyyə məktəblərinin yaradılmasının yubanma səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bələdiyyə məktəblərinin yaradılması qanunvericilikdə nəzərdə tutulsa da, ölkədə belə məktəblər hələ təşkil olunmayıb. Bunu Trend-ə Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

"Görünür ki, bu məktəblərə hələ maraq yoxdur. Amma bu, bizim qanunvericilikdə nəzərdə tutulub. Bələdiyyə məktəblərini xarici ölkə vətəndaşları da, bələdiyyələr də aça bilərlər. Bu məktəblər üçün lisenziya xarici ölkə vətəndaşlarına 3 il müddətinə verilir", - Zərbəliyev əlavə edib.

Bu ilin yanvarında Azərbaycan Nazirlər Kabineti ümumtəhsil, orta ixtisas və ali məktəblərin nümunəvi nizamnamələrini təsdiqləyib.

Bu nizamnamələrə uyğun olaraq, Azərbaycanda dövlət, özəl ümumtəhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəbləri də yaradıla bilər.

Bələdiyyə məktəbləri birbaşa bələdiyyələrin nəzdində olacaq. Bu məktəblərin maliyyələşdirilməsində, idarə edilməsindəki müəyyən məsələlərin həllində bələdiyyələr iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti