...

Bakıda yeni dərs ilinin perspektivləri müzakirə olunacaq

Cəmiyyət Materials 29 Avqust 2011 12:04 (UTC +04:00)
Sentyabrın 3-də Bakıda Təhsil işçilərinin Respublika Konfransı keçiriləcək.
Bakıda yeni dərs ilinin perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 3-də Bakıda Təhsil işçilərinin Respublika Konfransı keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda 2010-2011-ci tədris ilinin yekunları və 2011-2012-ci tədris ilində qarşıda duran vəzifələr müzakirələr ediləcək.

Sentyabrın 5-dən isə təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək. Bu konfranslar sentyabrın 12-dək davam edəcək.

Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Konfransların plenar iclaslarında "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti