...

SORĞU: Kişilər ofisdə özlərini qadınlardan daha çox xoşbəxt hiss edirlər

Cəmiyyət Materials 16 Sentyabr 2011 13:09 (UTC +04:00)
SORĞU: Kişilər ofisdə özlərini qadınlardan daha çox xoşbəxt hiss edirlər
SORĞU: Kişilər ofisdə özlərini qadınlardan daha çox xoşbəxt hiss edirlər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Kişilər ofisdə özlərini qadınlardan daha çox xoşbəxt hiss edirlər. Bu məlumatlar Şimali Amerikada bu mövzu ilə bağlı sorğunun aparıldığı Captivate Office Pulse Marketinq Mərkəzindən əldə olunub.

Trend-in məlumatına görə, araşdırmalarda Şimali Amerikanın 14 şəhərindəki müxtəlif şirkətlərin 400 əməkdaşı iştirak edib.

Sorğunun nəticələrinə görə, kişi cinsinin nümayəndələrinin 25 faizi özlərini iş yerlərində, 8 faizi isə evdə daha rahat hiss edirlər.

Məlum olub ki, kişilər işdə daha çox vaxt keçirsələr belə, ofisdə özlərini daha xoşbəxt hiss edirlər. Bu həqiqətən belədir. Kişilər orta hesabla işdə 8,8 saat, qadınlar 8,4 saat olurlar. Kişilər evdə, eləcə də kompyuter vasitəsilə məsafədən daha həvəslə çalışırlar.

Kişilər həm də nahara və ya siqaret çəkməyə də daha həvəslə çıxırlar. Bəzən kişilər nahar fasiləsində qadınlara nisbətən 11 faiz daha tez -tez sekslə məşğul olurlar. Müəyyən edilib ki, kişilər işdə qadınlardan daha az əsəb sarsıntısı keçirirlər.

Qadınların 54 faizi, kişilərin isə cəmi 43 faizi işdə baş ağrısından əziyyət çəkir.

Qadınların stresslərə daha çox meyilli olması təəccüblü deyil, səbəb aydındır. Axı onlar ev işlərinə daha çox vaxt sərf edirlər. Kanadanın "The Toronto Star" qəzetində dərc olunmuş sorğunun nəticələrinə görə, qadınlar tez-tez paltar yumaqla, uşaqlara baxmaqla, ərzaq mağazasından alış-veriş etməklə məşğul olmalı olurlar. Ona görə də onlar həddindən artıq gərginlikdən, baş ağrılarından, artıq çəkidən daha çox şikayət edirlər.

O da məlum olub ki, xoşbəxt əməkdaşların 93 faizi məzuniyyətə gedir, bədbəxtlərin isə yalnız 79 faizi uzun məzuniyyət götürməyi özlərinə rəva görürlər. Həftəlik planları xoşbətlərin 66 faizi, bədbəxtlərin isə 57 faizi tərtib edir. Fasilələrə də xoşbəxtlər 68 faiz hallarda çıxırlar, bədbəxtlər arasında isə bu yalnız 41 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti