...

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqu nəşr edilib

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:04 (UTC +04:00)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqunun 2010-cu ilin yekunları ilə bağlı sayı çap olunub.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqu nəşr edilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqunun 2010-cu ilin yekunları ilə bağlı sayı çap olunub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kataloqda il ərzində Mərkəzdə Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənib.

Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir.

Kataloq elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulub.

Kataloqda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi məqalələri də dərc olunub.

Xəbər lenti

Xəbər lenti