...

Azərbaycanda sabahdan Mərakeş Mədəniyyət Günləri başlayır

Cəmiyyət Materials 10 Noyabr 2011 15:31 (UTC +04:00)
Noyabrın 11-13-də Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək.
Azərbaycanda sabahdan Mərakeş Mədəniyyət Günləri başlayır

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 11-13-də Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən ilin 26-31 oktyabr tarixlərində Mərakeş Krallığında Azərbaycan Mədəniyyət Günləri keçirilib. Buna cavab olaraq, Mərakeş tərəfi cari ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsini təklif edib.

Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar qərargah yaradılıb, görüşlərin, sərgi və konsertin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb.

Noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Mərakeş Mədəniyyət Günlərinin təntənəli açılış mərasiminin, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində foto və musiqi alətlərindən ibarət sərginin, noyabrın 13-də M.F.Axundov adına Milli Kitabxanada mühazirə keçirilməsi, 12-13 noyabr tarixlərində Muzey Mərkəzində Mərakeş filmlərinin nümayişi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti