...

Ötən ay Səhiyyə Nazirliyinə 271 şikayət daxil olub

Cəmiyyət Materials 15 Noyabr 2011 15:32 (UTC +04:00)
Bu ilin oktyabrında Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 454 müraciət daxil olub.
Ötən ay Səhiyyə Nazirliyinə 271 şikayət daxil olub

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu ilin oktyabrında Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə 454 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müraciətlərin 271-i şikayət xarakterli olub. Onların 62-si əsaslı, 209-u əsassız hesab edilib.

Müraciətlərin 103-ü sorğu xarakterli, 51-i cari problemlərlə bağlı olub, 29-u aidiyyəti üzrə olmayıb.

Nazirlikdən bildirilib ki, "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti