...

Elmira Süleymanova: Bu ilin sonuna qədər əfv fərmanının veriləcəyi gözlənilir

Cəmiyyət Materials 12 Dekabr 2011 10:43 (UTC +04:00)
Bu ilin sonuna qədər ölkə Prezidenti tərəfindən əfv fərmanının veriləcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ombudsman Elmira Süleymanova deyib.
Elmira Süleymanova: Bu ilin sonuna qədər əfv fərmanının veriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 12 dekabr / Trend müxbir M.Əliyev/

Bu ilin sonuna qədər ölkə Prezidenti tərəfindən əfv fərmanının veriləcəyi gözlənilir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ombudsman Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, bu, sayca ölkə Prezidenti tərəfindən imzalanacaq 50-ci əfv fərmanı olacaq.

"Əfv Komissiyasının iclası olub. Amma mən orada iştirak etməmişəm. Məndə olan məlumata görə, bununla bağı iş gedir və siyahı hazırlanır", - ombudsman qeyd edib.

Xəbər lenti

Xəbər lenti