...

OANA-nın yubiley Bəyannaməsi etik tövsiyələrə həsr olunub

Cəmiyyət Materials 14 Dekabr 2011 13:30 (UTC +04:00)
Çərşənbə günü Banqkokda Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) 50 illiyinə həsr olunmuş yubiley iclasının yekunları üzrə etik tövsiyələr haqqında Bəyannamə (OANA 50th Anniversary Ethical Guidelines Declaration) qəbul edilib.
OANA-nın yubiley Bəyannaməsi etik tövsiyələrə həsr olunub

Tailand, Banqkok, 14 dekabr / Trend, müxbir E.Hüseynov /

Çərşənbə günü Banqkokda Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) 50 illiyinə həsr olunmuş yubiley iclasının yekunları üzrə etik tövsiyələr haqqında Bəyannamə (OANA 50th Anniversary Ethical Guidelines Declaration) qəbul edilib.

Bəyannamədə ictimai maraq doğuran müharibələrin, silahlı münaqişələrin, terrorizm, zorakılıq aktlarının və təbii fəlakətlərin işıqlandırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

O cümlədən, sənəd zorakılığı təşviq etməyən, qorxu yaymayan, psixikanı zədələməyən, hüquq bərabərliyini pozmayan, şəxsi həyata hörmət edən, bərabərlik və ədalət prinsiplərinə uyğun gələn, universal insan hüquqlarına dair materialların keyfiyyətinə və yazılış üslubuna xüsusi diqqət ayrılmasını tövsiyə edir.

Bəyannamə, həmçinin həlak olan və ya yaralanan adamların, insan ləyaqətini alçaldan eybəcər hala salınmış cəsədlərin iri planda nümayiş olunmasından qaçmağı tövsiyə edir.

OANA üzvləri bu etik prinsiplərin vacibliyini nəzərə alaraq, bu bəyannamədəki müddəaların həyata keçirilməsi zamanı sıx əməkdaşlıq şəraitində işləmək barədə öhdəlik götürürlər.

OANA 1961-ci il dekabrın 22-də YUNESKO-nun təşəbbüsü ilə Banqkokda Asiya milli agentliklərinin konfransında yaradılıb. Təşkilatın nizamnaməsinə əsasən, OANA-nın məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsini genişləndirmək və sadələşdirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axınında qeyri-bərabərliyin ləğvində iştirakdır.Təşkilata Asiya və Sakit okean regionunun 35 ölkəsindən 44 agentlik daxildir. Trend BİA OANA-ya 2010-cu ilin noyabrında İstanbulda təşkilatın XIV Baş Assambleyasında tamhüquqlu üzv olub.

İclasın işində Trend BİA-nın baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov iştirak edir.

Xəbər lenti

Xəbər lenti