...

Azərbaycanlı gimnast London Olimpiadasına lisenziya qazanıb

Cəmiyyət Materials 12 Yanvar 2012 10:24 (UTC +04:00)
Azərbaycanlı gimnast Şakir Şıxəliyev bu ilin yayında Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycanlı gimnast London Olimpiadasına lisenziya qazanıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend /

Azərbaycanlı gimnast Şakir Şıxəliyev bu ilin yayında Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

21 yaşlı bakılı gimnast lisenziyanı Londonda keçirilən ikinci ixtisas turnirində əldə edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.

Şıxəliyev çöxnövçülükdə 80.532 bal toplayıb ki, bu da ona Olimpiya Oyunlarında iştirak edəcək idmançıların sırasına daxil olmağa imkan verir.

Şıxəliyev müstəqil Azərbaycanın tarixində Olimpiadaya bilet almış ilk gimnast olub. Sonuncu dəfə Azərbaycan MDB-nin tərkibində 1992-ci il Barselona Olimpiadasında Valeri Belenki ilə təmsil olunub və idmançı orada olimpiya çempionu olub. Hazırda Belenki SSRİ-nin əməkdar məşqçisi Anatoli Yarmovski ilə bərabər Şıxəliyevi çalışdırır.

"Mən öz Azərbaycanımı Olimpiadada təmsil edəcəyimə görə son dərəcə xoşbəxt və həddindən artıq qürurluyam! Mənim inadlı məşqlərim hədər getmədi və hətta əsas məşqdə mənim hərəkətlərimdəki bir qədər əsəbilik bu gün altı hərəkətin hamısında bir yıxılma olmadan çıxış etməyimə mane olmadı. Mən Federasiyamızın rəhbərliyinə mənə, məşqçilərimə və mənə görə həyəcanlanan və məni dəstəkləyənlərin hamısına inandığına görə təşəkkürümü bildirmək istəyirəm", - Olimpiya lisenziyasının sahibi deyib.

Xəbər lenti

Xəbər lenti