...

Şəkidə qədim kurqanların üstündə əkin sahəsi salınıb

Cəmiyyət Materials 18 Yanvar 2012 15:11 (UTC +04:00)
Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyası Şəki rayonunun Kiçik Dəhnə kəndindəki qədim kurqanların sahəsində əkin sahəsinin salınmasının qarşısını almaq üçün ölkə rəhbərliyinə müraciət edəcək.
Şəkidə qədim kurqanların üstündə əkin sahəsi salınıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyası Şəki rayonunun Kiçik Dəhnə kəndindəki qədim kurqanların sahəsində əkin sahəsinin salınmasından narahatdır. Bunu çərşənbə günü Trend-ə ekspedisiyanın rəisi Nəsib Muxtarov deyib.

Onun sözlərinə görə, bir necə il əvvəl Şəki rayonunun Kiçik Dəhnə kəndində eramızdan əvvəl II minilliyin ortalarına aid olan 120 kurqan aşkarlanmışdı. Amma Şəkinin Kiçik Dəhnə kəndinin yerli qurumları tərəfindən həmin ərazidəki kurqanların üst qatı dağıdılaraq onun üzərində əkin sahəsi salınıb.

Bunu tariximiz üçün zərbə adlandıran arxeoloqun sözlərinə görə, hazırda kurqanların alt hissəsi əkin sahəsinin altında qalıb.

Tədqiqatçı bu problemin həlli üçün müvafiq qurumlardan kömək istəyib.

Xəbər lenti

Xəbər lenti