...

Bakının Xətai rayon hərbi komissarının sabiq müavininin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 25 Yanvar 2012 12:06 (UTC +04:00)
Bakının Xətai rayon hərbi komissarının sabiq müavininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Bakının Xətai rayon hərbi komissarının sabiq müavininin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xətai rayon hərbi komissarının sabiq müavininin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bakı Hərbi Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hakim Rafiq Abbasovun sədrliyi ilə sabiq müavin, bir müddət komissar əvəzi işləmiş Davud Hüseynovun cinayət işi işi üzrə məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, Hüseynov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunaraq ötən ilin iyulunda həbs edilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.

Xəbər lenti

Xəbər lenti