...

Azərbaycanda şaxtalı və qarlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 28 Yanvar 2012 10:41 (UTC +04:00)
Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək
Azərbaycanda şaxtalı və qarlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında yanvarın 29-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Məlumata görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək.

Yanvarın 31-də yenidən havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək. Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.

Xəbər lenti

Xəbər lenti