...

Azərbaycan Rabitə Nazirliyində məlumat təhlükəsizliyini müzakirə ediblər

Cəmiyyət Materials 28 Yanvar 2012 11:53 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dövlət və özəl strukturlarla məlumat təhlükəsizliyi məsələləri üzrə birgə görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin məlumatında deyilir
Azərbaycan Rabitə Nazirliyində məlumat təhlükəsizliyini müzakirə ediblər

Azərbaycan, Bakı, 28 yanvar /Trend müxbir H. Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində dövlət və özəl strukturlarla məlumat təhlükəsizliyi məsələləri üzrə birgə görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin məlumatında deyilir.

Tədbir Məlumatların Mühafizəsi Gününə həsr olunub.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, şəxsi həyatın toxunulmazlığı hüququ, xüsusilə fərdi məlumatın saxlanılması informasiya texnologiyalarının inkişafı əsrində vətəndaşları daha çox narahat edir.

Nazir müavini son vaxtlar dünyada fərdi məlumatların sızması hallarının çoxalmasını təəssüf hissi ilə qeyd edərək qeyd edib ki, bugünkü tədbir şəxsi informasiyanın mühafizəsinin aktual məsələlərinin bir daha müzakirəsinə yönəlib.

Daha sonra tədbirdə müzakirələr aparılaraq həm dövlət, həm də özəl təşkilatların məlumatlarının saxlanılmasının mühafizəsi sisteminin yaxşılaşdırılmasının, fərdi məlumatlara diqqətlə yanaşmanın və onun sızmasının qarşısının alınmasının, eləcə də bu sahədə qarşılıqlı əməkdaşlığın zəruriliyi haqqında fikirlər səsləndirilib.

Xəbər lenti

Xəbər lenti