...

Azərbaycanda ilk dəfə ruhi xəstələrlə bağlı layihə həyata keçiriləcək

Cəmiyyət Materials 27 Fevral 2012 14:14 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq ruhi xəstələrin cəmiyyətə adaptasiya olunması üçün işlər aparılacaq. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev məlumat verib.
Azərbaycanda ilk dəfə ruhi xəstələrlə bağlı layihə həyata keçiriləcək

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq ruhi xəstələrin cəmiyyətə adaptasiya olunması üçün işlər aparılacaq. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev məlumat verib.

Onun sözlərinə görə, ruhi xəstələrin psixoloji reabilitasiyası üçün layihə həyata keçiriləcək. Bunun üçün qruplar yaradılacaq. Psixoloq, sosioloq, psixiatr, hüquqşünasdan ibarət olacaq qruplar ruhi xəstənin cəmiyyətə adaptasiya olunmasına yardım göstərəcək.

Hələlik layihənin ilk mərhələdə eksperiment kimi aparılması nəzərdə tutulur. Layihənin ilkin olaraq Bakı şəhəri və ətraf ərazilərə aid edilməsi planlaşdırılır. Layihə uğurla keçirilsə, onun əhatə dairəsi genişləndiriləcək və rayonlarda da həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda 120 mindən çox ruhi xəstə qeydiyyatdadır.

Xəbər lenti

Xəbər lenti